Ermənistanın Tavuş vilayətində 19 yaşlı hərbçinin meyiti tapılıb.
Modern.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiq edib.
Nazirlik Ararat rayonunun 19 yaşlı sakini Narek Qriqoryanın meyitinin tapıldığını bildirib. Onun hansı şəraitdə ölməsi açıqlanmayıb.
Ermənistan mətbuatı hərbçinin asılmış vəziyyətdə tapıldığını iddia edib.
Faktla bağlı araşdırma aparılır.
***
18:03
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin hərbi qulluqçusu ölüb.
Modern.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Məlumata görə, ölən Ararat rayonunun Abovyan kənd sakini, 19 yaşlı Narek Qriqoryandır.
Onun hansı şəraitdə öldüyü məlum deyil.