Modern.az

Həbsdə olan Elman Paşayev barədə yeni QƏRAR

Həbsdə olan Elman Paşayev barədə yeni QƏRAR

Ölkə

13 Noyabr 2024, 23:57

Rusiyada dələduzluqda təqsirləndirilərək saxlanılan keçmiş vəkil Elman Paşayevin yanvarın 15-dək həbsdə saxlanılması ilə bağlı qərar qəbul olunub.

 

Modern.az xəbər verir ki, azərbaycanlı hüquqşünasın həbs müddəti yanvarın 15-dək uzadılıb.

 

Qeyd edək ki, Elman Paşayev sentyabrın 18-də saxlanılıb. Rusiya İstintaq Komitəsi onun blogerlər Aleksey və Yelena Blinovskilərə qarşı 46 milyon rubl dəyərində dələduzluq etməkdə şübhəli bilindiyini açıqlayıb.

 

Oktyabrın 2-də İkinci Qərb Rayon Hərbi Məhkəməsi külli miqdarda dələduzluq işi üzrə keçmiş vəkilin həbsinə dair qərarı qüvvədə saxlayıb və Paşayevin müdafiəçilərinin sentyabrın 23-də verdiyi apellyasiya şikayətini təmin etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub