Modern.az

Parlamentlərarası İttifaqın Baş katibi Bakıya GƏLDİ

Parlamentlərarası İttifaqın Baş katibi Bakıya GƏLDİ

Parlament

14 Noyabr 2024, 09:40

Noyabrın 14-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq  Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi