Modern.az

Adil Qeybulla: ““Korvalol”un Azərbaycanda da satışı qadağan olunmalıdır”

Adil Qeybulla: ““Korvalol”un Azərbaycanda da satışı qadağan olunmalıdır”

24 Dekabr 2013, 12:48


“Bu cür dərman preparatlarının qadağan olunması məsələsinə yalnız Dünya Səhiyyə Təşkilatı (DST) təşkilatı ayrı-ayrı ölkələrin təcrübəsinə əsaslanaraq müəyyən qərarlar verə bilər”. Bunu Modern.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib. “Vaxtilə başqa dərman preparatları ilə də qadağanedici qərarlar verilmişdi. İndi də “Korvalol” ətrafında mübahisə gedir. Səbəbi “Korvalol”un narkotik tərkibli, yəni dərman preparatlarının asılılıq yarada bilən inqridientlərin olmasıdır. Yeri gəlmişkən, onun orqanizmə əks-təsiri həddən artıq çoxdur. Buna görə də indi “Korvalol” bir sıra ölkələrdə qadağan olunur. Azərbaycanda da sözügedən dərman preparatının qadağan edilməsi mütləq deyil. Amma məncə, ölkəmizdə də “Korvalol”un yasaq edilməsi daha düzgün addım olardı”.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilən “Korvalol”un satışı yasaqlanır.

  Könül Qidayeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!