Modern.az

Hüquq müdafiəçiləri prezidentin qızının villasını ələ keçirdilər

Hüquq müdafiəçiləri prezidentin qızının villasını ələ keçirdilər

24 Dekabr 2013, 12:57

Cenevrədə yaşayan Özbəkistanlı hüquq müdafiəçiləri Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın villasını zəbt ediblər. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu aksiyanın təşəbbüsçüsü 52 yaşlı mühacir, siyasi qaçqın Safar Bekjanov olub. Onu İsveçdə qeydiyyata alınan “Özbəkistan demokratik cəmiyyəti”nin 4 nümayəndəsi də müşayiət edib. Safar Bekjanov bəyan edib ki, aksiyanın məqsədi villanın xalqın pulu hesabına tikilməsinə cəlb etməkdir. Bundan əlavə, hüquq müdafiəçiləri çirkli pulların yuyulması ilə bağlı ətrafındakı adamlara qarşı cinayət işi qaldırılan prezident qızının İsveçə gəlməsinə nail olmaqdır: “İsveçin hüquq-mühafizə orqanları bu evdə axtarış aparıblar. Amma Gülnarə Kərimova bu araşdırmada iştirak etməyib”, - Safar Bekjanov bəyan edib.

O, prezidentin qızını Cenevrəyə çağıraraq məhkəmə araşdırmasında iştirak etməsini istəyib. Digər məlumata görə, Cenevrədəki 2473 kvadrat metrlik həmin ərazinin sahibi Gülnarə Kərimovadır. Villanın 2009-cu ildə 18,2 milyon dollara əldə edildiyi bildirilir. 


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!