Modern.az

"Parlament partiyaları"nın sədrləri İlham Əliyevi təbrik etdilər

"Parlament partiyaları"nın sədrləri İlham Əliyevi təbrik etdilər

24 Dekabr 2013, 13:10

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 52 yaşı tamam olur. Dövlət başçısının ad günü münasibətilə Milli Məclisdə təmsil olunan partiyalar Modern.az vasitəsilə İ. Əliyevə təbrik mesajlarını çatdırıb.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ölkə rəhbərinə fəaliyyətində uğurlar arzulayıb. “Prezidentə işlərində uğurlar və can sağlığı arzu edirəm”.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə daha çox Azərbaycanın işğal olunmuş ərazilərinin dövlət başçısına geri qaytarmağı arzulayıb. “İlk növbədə can sağlığı arzu edirəm. Prezidentimizin Azərbaycan torpaqlarının erməni tapdağından azad edəcəyi günü də arzu edirəm”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın prezident İlham Əliyevi belə təbrik edib: “Hesab edirəm ki, Azərbaycan Prezidenti olmaq ölkə tarixində insan üçün qazanılmış ən böyük uğurlardan biridir. Bir millətin liderliyini üzərinə götürməkdən böyük bir məsuliyyət yoxdur. Bu məsuliyyətdə layiqli iz buraxmaq hər bir insanın idealı olmalıdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan kifayət qədər ciddi uğurlar əldə edib. Bu uğurların davamını istərdik. Azərbaycan öz dövlət müstəqilliyini qorumaq, inkişafa nail olmaq üçün hələ müəyyən məsafələr də qət etməlidir. Bu coğrafiyada bizim kimi dövlətlərin qalıcı gücə sahib olması üçün çox böyük təməllər qoyulmalıdır. Ümid edirəm ki, Prezident Azərbaycan xalqını səfərbər edərək Qarabağ məsələsinin həllində də bir uğura imza atacaq”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı
da Prezidenti təbrik edənlər sırasına qoşulub. “səmimiyyətlə etiraf edim ki, Sizinlə qürur duyur və fəxr edirəm. Fəxr edirəm ki, ölkəmizin olduqca vətənpərvər, qətiyyətli, son dərəcə iradəli, yüksək intellekt və idarəçilik keyfiyyətlərini özündə cəmləşdirən prezidenti var. Əminəm ki, Siz hələ uzun illər xalqımızın lideri kimi müstəqil dövlətimizin inkişafına müstəsna töhfələr verəcək, tarixi torpaqlarımızda yaranacaq Bütöv Azərbaycanın yaradıcısı və qurucusu olacaqsınız.

Bir daha Sizi təbrik edir, müqəddəs, şərəfli missiyanızda Sizə möhkəm can sağlığı və uğurlar diləyirəm”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!