Davam.az Xəbər Portalından verilən məlumata görə, dünən - 23 dekabr, saat 21:10 radələrindən başlayaraq, saytın yerləşdiyi serverlərə haker hucumları başlayıb və hazırda da davam etməkdədir. Hazırda bu sayt açılmır.
Saytın texniki şöbəsinin profesional əməkdaşlarının səylərinə baxmayaraq, fəaliyyəti bərpa etmək, hücumların qarşısını tam olaraq almaq indiyə qədər mümkün olmamışdır.
Gün ərzində verilən məlumatlara əsasən, bu hücumlar yalnız davam.az serverinə deyil, eyni zamanda hücumlar saytı Avropa serverlerində yerleşdirilən başqa KİV serverlerində müşahidə olunur.
Qeyd edək ki, davam.az saytı "Bütöv Azərbaycan Adına" şüarı altında fəaliyyət göstərir.
Modern.az