Modern.az

İmişli rayonunda da fövqəladə vəziyyət: 2 kənd boşaldılıb

İmişli rayonunda da fövqəladə vəziyyət: 2 kənd boşaldılıb

Təhsil

12 May 2010, 18:58

st1:*{behavior:url(#ieooui) }

Kür çayı sahilində baş verən daşqın və sel fəlakəti Kürqırağı rayonların əhalisini təşviş içərisində saxlayır. Parlament  Jurnalistlər Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri bu gün daşqından əziyyət çəkən zonaya gediblər. Modern.az-ın əməkdaşı hadisə yerindən xəbər verir ki, Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan Sarısu gölündə suyun səviyyəsinin təhlükəli həddə çatması İmişli rayonunun iki kəndinin boşaldılmasına səbəb olub.

Fəlakət zonasında əməkdaşımıza bildirilib ki, artıq İmişlinin Allahmədətli və Telişli kəndlərinin əhalisi evakuasiya olunur. Bu gün adları çəkilən kəndlərin bütün əhalisi çıxarılıb. Bu kəndlər Sarısu gölünə yaxın ərazidə yerləşdiyindən və bəndlərdən biri dağıldığından qabaqlayıcı tədbir görülüb.

 

Sarısu gölü İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca yerləşir. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Xatırladaq ki, bu gün fəlakət zonasında olan Saatlı rayonunun deputatı Gülhüseyn Əhmədov da Sarısu gölü ilə bağlı həyəcan təbili çalıb. Ən son məlumata görə, Sarısu gölünün ətrafındakı bəndlərin bərpasına cəlb edilən hərbçilər göldən axmaların qarşısını ala biliblər. Bununla belə

Allahmədətli və Telişli kəndələrinin ərazisininin böyük hissəsini su basıb. Bu kəndlərin əhalisinin rayon mərkəzinə köçürüldüyü bildirilir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər