Modern.az

Quba və Qəbələdə hepatit xəstəliklərinə dair seminarlar və ödənişsiz həkim müayinələri keçirildi

Quba və Qəbələdə hepatit xəstəliklərinə dair seminarlar və ödənişsiz həkim müayinələri keçirildi

14 Noyabr 2024, 14:33

TƏBİB və Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin birgə təşkilatçılığı ilə "Hepatit xəstəliklərinin erkən diaqnostikası, müalicəsi və profilaktikasına multidissiplinar yanaşma" mövzusunda regional seminarlar təşkil olunur.

 

Modern.az xəbər verir ki, ilk seminar 4 oktyabr tarixində Quba Rayon Mərkəzi Xəstəxanasında, növbəti tədbir isə 7 noyabr Qəbələ Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

 

Seminarda Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin rəhbəri, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, qastroenteroloq-hepatoloq tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, qastroenteroloq-hepatoloq Dr. Mahirə Qədirova, hepatoloq Dr. Səltənət Efendiyeva, cərrah-invaziv endoskopist Dr. Fərid Dünyamalıyev və Referans Klinik Laboratoriya Mərkəzinin Həkim-Laborantı Dr. İlahə Umudova çıxış ediblər. 

 

Seminarlar dünya təcrübəsində hepatit xəstəliklərinin vaxtında aşkar edilməsi üçün istifadə olunan müayinə metodları, yeni müalicə üsulları və profilaktika tədbirləri haqqında məlumat verilib. Seminarlarda iştirakçılara hepatit xəstəliklərinin yeni diaqnostik metodları və müalicə üsulları haqqında məlumat təqdim edilib və həkimlərlə birlikdə bu mövzuda diskusiyalar aparılıb.

 

Seminarlarda iştirak edən bölgə həkimləri ilə müzakirələr aparılıb və əldə edilən biliklərin gələcəkdə tətbiqi barədə fikir mübadiləsi olunub.

 

Eyni zamanda, seminarda çıxış edən həkimlər təcrübə mübadiləsi və pasiyentlərə əlçatan xidmət göstərilməsi məqsədilə hər iki rayonda ödənişsiz həkim müayinələridə həyata keçirilib.

 

13955571395558

13955591395560

1395561

1395562

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi