“Hərəkatın İdarə Heyətinin toplantısını ilin sonuna qədər keçirməyi planlaşdırırıq. Bu barədə Eldar Namazovla da məsləhətləşmişik”. Bu barədə Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. O, toplantının gecikməsinin səbəbini idarə heyətinin bəzi üzvlərinin Bakıda olmaması ilə əlaqələndirib: “İdarə Heyətinin üzvlərinin bir hissəsi Bakıda yoxdur. Ona görə də qərara aldıq ki, toplantının keçirilməsi ilin sonuna qalsın. Toplantının keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.