Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, "Hyundai" markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.
Məlumata görə, ölən şəxslər qohumdurlar.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.