“Türkiyədə baş verən hadisələr normal və hüquqi nəticəyə gəlib çıxacaq”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib. “Əlbəttə, bu hadisələr heç xoşagələn hadisələr deyil və dünyada, eləcə də Türkiyənin özündə də böyük həyəcana səbəb oldu və geniş də şərh olundu. Əsas odur ki, istintaq gedir. Mən düşünürəm ki, istintaq obyektiv gedir. Nəticədə, şübhəli sayılanlar saxlanılıb, günahsızlar dərhal buraxılıb”, – deyə o, qeyd edib.
Millət Vəkili N.Cəfərov Türkiyədəki hadisələri belə şərh edib: “Fikirləşirəm ki, məsələni böyütməyə ehtiyac yoxdur ki, cəmiyyət də bu işə qarışsın. Hadisə baş veribsə, hüquq mühafizə orqanları tərəfindən istintaq aparılır. Təbii ki, müxtəlif partiyaların bu işə müdaxilə etmələri və siyasi bir hadisəyə çevrilməsi nə demokratiyanın, nə də Türkiyə cəmiyyətinin xeyrinə olacaq. Günahkarların cəzalandırılmamaları, aradan çıxardılmaları da mümkün deyil. Günahkarların bağışlanılarsa, bu iqtidar üçün böyük bir nöqsan olar. Bununla belə, günahkarlar təbii ki, çoxdur, layiqlilər cəzalarını alacaqlar ”.
Rafiq Qənbərov