Modern.az

Laqunda ilə qolunu kəsən kişi ÖLDÜ

Laqunda ilə qolunu kəsən kişi ÖLDÜ

Hadisə

15 Noyabr 2024, 07:55

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqunda ilə işləyərkən qolunun bazu sümüyünü kəsib.

 

Ailə üzvləri onu xəstəxanaya çatdırsalar da, yaralı dünyasını dəyişib.

 

Həkimlərin verdiyi məlumata görə, kişinin ölümünə səbəb qan itirməsi olub.

 

Faktla bağlı araşdırma aparılır.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI