Modern.az

Milli Qəhrəmanlardan İlham Əliyevə təbrik MESAJLARI

Milli Qəhrəmanlardan İlham Əliyevə təbrik MESAJLARI

24 Dekabr 2013, 14:32

Bu gün prezident İlham Əliyevin ad günüdür. Ölkə başçısının 52 yaşı tamam olur. Azərbaycanın Milli Qəhrəmanları Modern.az vasitəsilə prezidentə öz təbriklərini çatdırdılar.

Mirzə Quliyev İlham Əliyevə ad günü münasibətilə uzun ömür can sağlığı və  gələcəkdə görəcəyi işlərdə uğurlar arzu edib. “Milli Qəhrəman olaraq, prezidentimizi hər zaman dəstəkləyirəm və ona torpaqlarımızın azad edilməsi uğrunda möhkəm iradə arzu edirəm”.

Məhəmməd Həsənov da öz növbəsində prezidenti təbrik edib: “Cənab prezidentə hər birimiz üçün ən gözəl nemət olan can sağlığı arzu edirəm. İnanıram ki, onun yeritdiyi çox uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Milli Qəhrəman olaraq, biz də  hər zaman Ali baş komandanın yanındayıq”.

Sahil Məmmədov İlham Əliyevin bir rəhbər kimi gördüyü işlərin uğurlarından danışıb: “Prezident və xanımı bir yerdə çox xeyirli işlərə imza ataraq, ölkəmizin gələcəyi və insanların rifahı üçün əllərindən gələni edirlər”.

“Bu gün ölkəmiz üçün çox əlamətdar bir gündür. Mən də öz növbəmdə prezidentimizi təbrik edirəm, ona uzun ömür can sağlığı arzu edirəm. O gördüyü işlərlə bir daha öz xalqının rəğbətini qazandı. Bu il keçirilən prezident  seçkiləri bunun bariz göstəricisidir. Cənab prezidentə gələcək işlərində uğurlar arzu edirəm”, – deyə Milli Qəhrəman Vahid Quliyev bildirib.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov: “İlham Əliyevə can sağlığı və ölkəmizin gələcəyi üçün görəcəyi işlərdə uğurlar arzu edirəm. Onun orduda etdiyi dəyişiklik torpaqlarımızın azad edilməsi uğrunda bir nəticə olacaq. Buna mən də çox inamlı baxıram. Və ümidvaram ki, ordumuz o qədər güclü olacaq ki, onun bir əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!