Modern.az

Əli Əsədov Ştaynerlə görüşüb

Əli Əsədov Ştaynerlə görüşüb

Aktual

15 Noyabr 2024, 09:48

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub