Modern.az

Bir şəklin tarixçəsi: Əflatun Amaşov 8 il öncə Pezeşkianla nə DANIŞMIŞDI...

Bir şəklin tarixçəsi: Əflatun Amaşov 8 il öncə Pezeşkianla nə DANIŞMIŞDI...

Reportaj

15 Noyabr 2024, 11:56

Bu ilin iyulunda İranda islahatçıların namizədi olaraq prezident seçilən etnik azərbaycanlı Məsud Pezeşkianın COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyi gözlənilirdi. Lakin son anda Bakıya Pezeşkian deyil, vitse-prezident gəlməli oldu.

Məsud Pezeşkianın Bakıya gəlişi maraq doğururdu... Məsələn, özünü Azərbaycan türkü adlandıran İran prezidenti Bakıda azərbaycanlı jurnalistlərlə təmasda olardısa, suallara hansı dildə cavab verəcəkdi?..

2001-2005-ci illərdə İranın səhiyyə naziri, 2016-2020-ci illərdə isə parlamentin vitse-spikeri olan Pezeşkian hələ o dövrdə Bakıdan gedən qonaqlarla görüş fürsəti əldə etmişdi.

Belə görüşlərdən birini Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim olunan bu foto əks etdirir.
 

Zaman 2016-cı ilin noyabr ayı... Məkan Tehran şəhəri...

İranda səfərdə olan Azərbaycan Milli Məclisnin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İran parlamenti sədrinin I müavini, azərbaycanlı deputatların yaratdıqları türkdilli millət vəkilləri fraksiyasının sədri Məsud Pezeşkianla görüşür.

Əflatun Amaşovun bildirdiyinə görə, bir saata yaxın səmimi atmosferdə keçən o görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Ə.Amaşov Şərqdə yaradılmış ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümuriyyəti parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı (Şirməmməd Hüseynov hazırlayıb) Pezeşkiana hədiyyə edib.

Əflatun Amaşovla Məsud Pezeşkianın söhbəti Azərbaycan türkcəsində olub.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu