Modern.az

Modelyer Gülnarə Xəlilova: "2014-də mavi və yaşıl çalarlar dəbdə olacaq"

Modelyer Gülnarə Xəlilova: "2014-də mavi və yaşıl çalarlar dəbdə olacaq"

24 Dekabr 2013, 15:56


“Qarşıdan gələn At ilində dəb aləmində mavi və yaşıl çalarlar üstünlük təşkil edəcək”. Bunu Modern.az-a modelyer Gülnarə Xəlilova deyib. “2014-də göy rəngin açıq mavidən tutmuş dənizin daha tünd hissəsinin rənginə kimi çalarlarında geyimə üstünlük veriləcək. Bundan başqa, süd, buğda sarısı, krem rəngi kimi, hətta qara rəng də dəbdə qalacaq”.

K. Xəlilovanın sözlərinə görə, 2014-cü ildə təbii (şifonlar, yun, məxmər, ipək və s.) parçalardan hazırlanan geyimlər kimi təbii parçalara üstünlük veriləcək. “Dəri və xəzlər bu il gündəmdə olmaqla yanaşı, əlbəttə, bunların imitasiyası da istifadə ediləcək. Aksessuarlara gəlincə, Göy Taxta At ili olduğuna görə hörgülərə üstünlük veriləcək, qulpu hörgülü çantalar, ayaqqabılar, saçlarda müxtəlif hörgülər dəbə minəcək. Qızılı və gümüşü, eyni zamanda bayaq sadaladığım rəngdə ayaqqabılar gündəmdə olacaq. Uzunboğaz və topuqdan yuxarı çəkmələr, toqqalı və toqqa üzərində nal naxışı olan çəkmələr dəbdə olacaq”.

Modelyer Yeni il gecəsində gözəl görünmək üçün xanımlardan dəyərli məsləhətlərini də əsirgəmədi. “Yeni il gecəsi xanımlarımız təbii parçalardan hazırlanan mavi və yaşıl rəngin tonlarında olan geyim seçsinlər, həm eleqant,hem təbii görünməyə çalışsınlar. Eyni zamanda bəylərimizdə bu rəngin tonlarında qalstukdan və ya geyimdən istifadə edə bilərlər”.

 

  Könül Qidayeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!