Modern.az

“ Gənclər Evi”nin layihəsi uğurlu nəticə verdi

“ Gənclər Evi”nin layihəsi uğurlu nəticə verdi

24 Dekabr 2013, 14:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə"Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı" İctimai Birliyi tərəfindən “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi uğurlu həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişaf prosesində iştirakını təşviq etmək, real aləmdə kurslara gedə bilməyən regionlardakı gənclərin paytaxtdakı kurslardan virtual aləmdə faydalanmalarını təmin edərək “paytaxt-region” uçurumunu azaltmaqdan ibarətdir. Çəkilişlərin aparılmasına qısa müddət qalmış “Gənclər Evi” lazımı bütün avadanlıqlarla təmin edildi. İngilis dili, rus dili, fransız dili, marketinq və menecment dərslərinin video çəkilişi aparılmağa başlandı. Video çəkilişləri, qeydə alınmış dərslərin montaj işlərinin aparılması və onlayn yayımı üçün  Gənclər Evində multi-media mərkəzi yaradıldı. Bundan əlavə, genclerevi.az/youthhouse.az adli veb səhifəsi yaradıldı və aparılmış video çəkilişlər həmin səhifədə arxivləşdirildi.“Distant təlim: Paytaxtdan regionlara” layihəsinin Bakı şəhərində 100 nəfər iştirakçı ilə birlikdə təqdimatı keçirildi.Həmin layihənin regionlarda tanınması üçün Gəncə və Sumqayıt şəhərlərinə ziyarət olundu. Hər şəhərdə 100 nəfər gəncin iştirakı ilə görüş keçirildi. Regionlardakı gənclik QHT-ləri, Gənclər Evləri və tələbə kollektivləri ilə sıx əməkdaşlığın qurulması və müştərək layihələrin keçirilməsi üçün müzakirələr olundu. Onlayn formatda tədris olunan kursları müvəffəqiyyətlə başa vuran gənclərin Bakı şəhərlərindəki imtahan vermə prosesi başa çatdı və uğurla imtahandan keçən iştirakçılara sertifikatlar təqdim edildi. Layihə gözlənilən nəticələr əldə edildi. Belə ki, layihə prosesində bir dəfə yaradılmış video arxiv bundan sonra dəfələrlə və illərlə istifadə ediləcəkədir. Bu da öz növbəsində layihədən istifadə edənlərin sayının hazırda yüzlərlə olmasına baxmayaraq, gələcəkdə minlərlə olacağına təminatdır. Bu layihə fiziki cəhətdən hərəkət məhdudiyyəti olan əlil gənclərə öz zehni işlərində potensiallarını göstərmək üçün yaxşı fürsət oldu.

 

Ulduz İBRAHİMOVA    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!