Modern.az

“Fuad” restoranında qazan yeməklərini yalandan təzə bişmiş kimi təqdim edirmişlər

“Fuad” restoranında qazan yeməklərini yalandan təzə bişmiş kimi təqdim edirmişlər

24 Dekabr 2013, 16:15

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xətai rayonundakı “Fuad” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə hazırlanan və əhaliyə təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, müəssisədə çalışan personal gigiyenik norma və qaydalara əməl etmir. Bundan başqa, istismar olunan ölçmə vasitələrinin (soyuducular, tərəzilər) müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunduğu, soyuducu kameralarda mal qonşuluğuna nəzarət olunmadığı, o cümlədən nə zaman bişirildiyi məlum olmayan, dondurularaq dondurucu kamerada saxlanılan qazan yeməklərinin  hissə-hissə qızdırılaraq təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu aşkar edilib.

İaşə müəssisəsinin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi və  hazırlanan məhsulların sınaqlarının aparılması barədə hər hansı bir sənəd yoxlamaya təqdim edilməyib. Araşdırma zamanı məhsullardan nümunələr seçilmiş və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

  Gültəkin ƏLƏSGƏR  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!