Modern.az

Lənkəranda zəncirvari qəza - 6 maşın əzildi

Lənkəranda zəncirvari qəza - 6 maşın əzildi

Hadisə

15 Noyabr 2024, 14:20

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Modern.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" ərazisində baş verib. Belə ki, xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi idarəetməni itirərək ətrafda olan müxtəlif markalı digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi