Modern.az

Dəm qazından ölən tələbə yeni evlənibmiş

Dəm qazından ölən tələbə yeni evlənibmiş

Hadisə

15 Noyabr 2024, 20:22

Bir neçə gün əvvəl dəm qazından vəfat edən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova ilə bağlı bir sıra detallar məlum olub.

 

Modern.az "Unikal"a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini olan, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

 

O ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra, paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb. 

 

Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi