Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə hərtərəfli qayğısı bu günkü həyatımızın bütün sahələrində qazanılan görkəmli nailiyyətlərdə, uğurlarda özünü göstərir. Gəncə şəhər İcra başçısının müaviniNaqif Həmzəyevin Modern.az-a verdiyi məlumata görə, Gəncə sakinləri də ölkə başçısını ad günü münasibətilə təbrik ediblər.
Möhtərəm Prezidentimizin 24 dekabr-Doğum Günü ərəfəsində Gəncədə daha böyük coşğu, təntənə və qaynarlıq hiss olunub. Şəhərin həyatında baş verən yeniliklər, bütün idarə və müəssisələrdə keçirilən tədbirlər gəncəlilərin sevimli rəhbərlərinə sonsuz sevgi və ehtiramlarının ifadəsidir. İDEA Təşkilatı və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhərimizin sakinləri-ziyalılar, tələbələr, gənclər fəal iştirak edirlər. Bu aksiyada 52 min ağac əkilməsi nəzərdə tutulub.
Bir neçə gün bundan əvvəl Gəncə Regional “Asan Xidmət” Mərkəzinin, elə bu gün Gəncədə yaşayan məcburi köçkünlər üçün qəsəbənin istifadəyə verilməsi gəncəlilərin böyük sevincinə səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə göndərilən, saysız-hesabsız təbrik teleqramları, minnətdarlıq məktubları şəhər sakinlərinin rəğbətini, məhəbbət və sədaqətini ifadə edir.
Gültəkin Ələsgər