Modern.az

Ərdoğanın oğlu da həbs təhlükəsi ilə üzləşib

Ərdoğanın oğlu da həbs təhlükəsi ilə üzləşib

24 Dekabr 2013, 17:52


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın gəmi aldığını mətbuata kim sızdırdı?

Modern. az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, “Soyğun TV”də “Gündəmə Dair”in dekabrın 22-si axşamı nümayiş olunan ilk hissəsinə qonaq olan “İnqilab Ayələri” kitabının müəllifi Çatan Ərdəmdən təəccüblü iddia ilə çıxış edib: "Baş nazir Tayyib Ərdoğanın oğlu Bilal gəmi aldığını mətbuata ötürən Ərdoğanın digər oğlu Burakdır". Bu məlumatı ilk dəfə paylaşdığını, qaynağının gizli olduğunu və bu iddianın bir "qəti məlumat"a söykəndiyini söyləyən Ərdəm Ərdoğan ailəsində bir xanədan döyüşü da yaşandığını söyləyib.  

Ərdəm həm də “böyük rüşvət” əməliyyatından sonra polis sıralarında edilən vəzifə dəyişikliklərinə diqqət çəkərək "Ərdoğanın panikaya düşməsini səbəbi əməliyyatın hədəfində Bilalın olduğunu bilməsidir. Ərdoğan Bilalı nəzarətə ala biləcək təhlükəsizlik müdirlərini vəzifədən götürdü", -  deyib.

   

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!