Sloveniyanın Lüblyana şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi keçirilib. Azərbaycan nümayəndə heyətinin də qatıldığı tədbirdə Mehdi Hüseynzadənin keçdiyi həyat yolu, onun qəhrəmanlıqlarından danışılıb.
Modern.az-a xəbər verir ki, tədbirdə dövlət rəsmilərindən Müdafiə Nazirliyinin, Dövlət Neft Şirkətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak edib. Tədbir zamanı Navoqoritsa şəhərində Mehdi Hüseynzadənin memorialının açılışı olub. Açılış zamanı Rauf Əliyev çıxaış edərək tədbiri yüksək qiymətləndirib. Şefpart qəsəbəsinin prezidenti Damilyana xanım iştirak edərək Mehdi Hüseynzadənin hər iki dövlətin qəhrəmanı olduğunu vurğulayıb. Memorialın açılışına Sloveniyanın müdafiə naziri çıxış edərək “Mixaylo” kimi tanına qəhrəmanın hələ də xalqın ürəyində yaşadığını bildirib. Azərbaycanın Müdafiə nazirliyinin əməkdaşı Vaqif Məmmədov tədbirdə çıxış edib. Daha sonra Mehdi Hüseynzadə ilə çiyin-çiyinə vuruşan döyüş yoldaşları çıxış etdi. 95 illik yubileydə onunla bir səngərdə döyüşən qadınlar da Mehdi Hüseyni yada saldılar, onun ruhuna dualar oxunub. 2011-ci ildə Azərbaycanın prezidenti İlham Əliyevin açılışını etdiyi monument təmirindən sonra açılışı edildi. Mədəniyyət Turizm Nazirliyi tərəfindən onun yubileyi münasibətilə onun döyüş yolu, qəhrəmanlıqları ilə bağlı kitab nəşr olunub. Belə tədbirlərin ənənəvi hal alacağına dair söz verilib. Çıxış edən digər rəsmilər Mehdi Hüseynzadənin xalqın ürəyində “Mixaylo” kimi qaldığını və çoxlarının onu belə tanıdığını və onun qəhrəmanlıqlarının hələ də nümayiş etdirdiklərini bildiriblər. Təbii ki, bütün bunlar Sloveniya Azərbaycan münasibətlərində böyük rol oynayır. Bu cür tədbirlərin keçirilməsi gələcək nəsillərə böyük örnək olacaq. Sonda Mehdi Hüseynzadə ilə bağlı sənədli film nümayiş olunub. Tədbir çərçivəsində Novoqoritsa şəhəri ilə Azərbaycanın Oğuz şəhəri arasında qardaşlıq müqaviləsi imzalanıb. Bununla bağlı Mədəniyyət evində böyük bir görüş olub. Oğuz şəhərinin icra hakimi Eyvaz Qurbanov və Novoqoritsanın meri çıxış edərək bu qardaşlığı yüksək qiymətləndiriblər. Modern.az