Modern.az

Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı “yol xəritəsi” imzalandı

Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı “yol xəritəsi” imzalandı

24 Dekabr 2013, 18:02

Modern.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, bu gün Avrasiya Ali İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən toplantısında Ermənistanın Gömrük İttifaqına üzvlüyü və Vahid İqtisadi Məkana (Rusiya, Belarus və Qazaxıstan) birləşməsi ilə bağlı tədbirlər planına dair qərar və bəyanatlar imzalanıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına qoşulması üçün “yol xəritəsi”ni xüsusi rəylə imzalayacaqlarını bildirib: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinə dair izahat istəyirik.  Gömrük İttifaqının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Xatırladaq ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib.

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!