Modern.az

Azərbaycanda bu qurumun bütün üzvləri İŞDƏN ÇIXARILDI

Azərbaycanda bu qurumun bütün üzvləri İŞDƏN ÇIXARILDI

Ölkə

16 Noyabr 2024, 13:16

Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasına (MSK) yeni üzvlər seçilib.

 

Modern.az-ın məlumatına görə, Komissiyanın əvvəlki üzvlərinin heç biri yeni tərkibdə təmsil olunmayıb.

 

Naxçıvan Ali Məclisinin qərarına əsasən, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov MSK-nın yeni üzvləri təyin olunublar.

 

Qeyd edək ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə bir müddət əvvəl vəfat edib. Komissiyanın digər üzvləri Xatirə İbrahimli, Arif Ağayev, Şamxal Məmmədov, Ceyran Quliyeva və Şəhla Şirəliyeva yeni tərkibdə təsdiq olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi