Modern.az

"Binə" Ticarət Mərkəzindəki güclü yanğın söndürülüb - YENİLƏNİB

"Binə" Ticarət Mərkəzindəki güclü yanğın söndürülüb - YENİLƏNİB

24 Dekabr 2013, 22:00


Dekabrın 25-nə keçən gecə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Məlumata görə, yanğın "Binə" Ticarət Mərkəzində 5 və 6-cı sırada yerləşən mağazaları əhatə edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə yaxın yanğınsöndürən maşını cəlb olunub.

***

"Binә" ticarәt mәrkәzindә yanğın məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində yanğın hadisəsi ilə bağlı belə məlumat yayıb. Nazirliyik bildirib ki, “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Artıq yanğın məhdudlaşdırılıb, yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Hadisə şahidlərinin məlumatına görə, yanğın 20-dən çox mağazaya ciddi ziyan vurub...



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!