Modern.az

Bakıda yanğınsöndürən hadisə yerində həlak olub - Rəsmi MƏLUMAT

Bakıda yanğınsöndürən hadisə yerində həlak olub - Rəsmi MƏLUMAT

25 Dekabr 2013, 00:45

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 23-dən 24-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb. Nazirlik bildirib ki, hadisə barədə məlumat daxil olan kimi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Baş verən yanğın zamanı ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb. Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olub. Yanğın səhərə yaxın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!