Modern.az

Bakıda bu bina hər an uça bilər - VİDEO

Bakıda bu bina hər an uça bilər - VİDEO

Ölkə

16 Noyabr 2024, 14:48

Bakının Yasamal rayonu Zahid Xəlilov 54 ünvanında yerləşən 5 mərtəbəli yataqxana  qəzalı vəziyyətdədir.

Modern.az İTV-yə istinadən xəbər verir ki, binada 95 ailə yaşayır. İstismar müddətini bitirmiş bu yataqxanada yaşayan sakinlər binanın təhlükəli vəziyyətdə olduğunu bildirir, şəraitsizliyindən gileylənirlər. 

60-dan çox yaşı olan binanın tavan hissəsindəki beton parçalar qopub tökülür, sanitar qovşaqları istifadəyə yaramır, elektrik naqilləri də təhlükə saçır.  

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda paytaxtda 1100 qəzalı bina var: “Sözügedən binaların inventarisasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı artıq komissiya fəaliyyətə başlayıb. Binaların bir çoxu da mərhələli şəkildə sökülür”.

Qəzalı vəziyyətdə olan həmin binadan hazırlanan süjeti təqdim edirik: 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi