Modern.az

Zakir Həsənov Türkiyə prezidentilə görüşüb - FOTOLAR

Zakir Həsənov Türkiyə prezidentilə görüşüb - FOTOLAR

25 Dekabr 2013, 01:15

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib. 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verib. General-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Müdafiə naziri Z.Həsənov həmçinin Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
 
Azərbaycan nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımov və digər şəxslər təmsil olunurlar.

 


 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!