Modern.az

Azərbaycan - Estoniya oyunu qolsuz başa çatdı - YENİLƏNİB

Azərbaycan - Estoniya oyunu qolsuz başa çatdı - YENİLƏNİB

İdman

16 Noyabr 2024, 19:58

Qəbələ şəhər stadionunda keçirən Azərbaycan - Estoniya matçı qolsuz başa çatıb.

 

Modern.az xəbər verir ki, C Liqasının I qrupunun oyunu heç-heçə ilə yekunlaşıb.

 

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

 

Millimiz əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

 

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

***

18:01

 

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.

Modern.az xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu