Modern.az

Yasamaldakı yanğınla bağlı rəsmi açıqlama - VİDEO (YENİLƏNİB)

Yasamaldakı yanğınla bağlı rəsmi açıqlama - VİDEO (YENİLƏNİB)

Hadisə

16 Noyabr 2024, 23:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Modern.az-a Nazirlikdən məlumat verilib.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.

Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

***

23:06

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi