Modern.az

Türkiyə Uelslə heç-heçə etdi

Türkiyə Uelslə heç-heçə etdi

16 Noyabr 2024, 23:54

UEFA Millətlər Liqasında V turun oyunları davam edir.

Modern.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan Türkiyə millisi doğma meydanda Uels seçməsini qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçın 89-cu dəqiqəsində Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirməyib.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran Türkiyə millisi turnir cədvəlinə başçılıq edir. Uels isə 9 xalla 2-ci pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?