Modern.az

İsraildən Beyruta yeni HAVA ZƏRBƏLƏRİ

İsraildən Beyruta yeni HAVA ZƏRBƏLƏRİ

Dünya

17 Noyabr 2024, 18:29

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətrafına yeni zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, növbəti hücumlar seriyasının hədəfləri yenə də Dahiya rayonunda yerləşən “Hizbullah” təşkilatının obyektləri olub.

 

Qeyd olunub ki, mülki tikililərin arasında qəsdən yerləşdirilmiş komanda məntəqələri və digər hərbi infrastruktur obyektləri bombardman edilib.

 

Orduda bildiriblər ki, zərbələr endirilməzdən əvvəl mülki şəxslərə ziyan vurulması riskini azaltmaq üçün “çoxsaylı tədbirlər” görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü