Modern.az

Qəzzada ölənlərin sayı AÇIQLANDI

Qəzzada ölənlərin sayı AÇIQLANDI

17 Noyabr 2024, 18:42

Ötən ilin oktyabrında anklavda İsrailin hərbi əməliyyatları başlayandan bəri nəticədə Qəzza zolağında 43 min 800-dən çox fələstinli həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qəzza Səhiyyə Nazirliyinin Telegram kanalında yayımladığı xülasədə deyilir: "2023-cü ilin oktyabr ayından Qəzzada İsrail qurbanlarının sayı 43 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb".

 

Departament qeyd edib ki, son 24 saat ərzində Qəzzada İsrailin bombardmanları və atəşi nəticəsində 47 fələstinli həlak olub, daha 139 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!