Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın ardından daxili işlər naziri Muammer Gülər də istefa verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatında oğlu saxlanılan M. Gülər bu gün sabah saatlarında istefa verdiyini bəyan edib.
Modern.az