Modern.az

Gecələr nə vaxtadək uzanacaq?

Gecələr nə vaxtadək uzanacaq?

Aktual

18 Noyabr 2024, 12:40

Gecələrin uzanması Azərbaycana qış fəsli daxil olanadək davam edəcək.

Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.

Xatıradaq ki, hazırda davam edən payız fəsli Azərbaycana 22 sentyabr saat 16:43-də daxil olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi