Modern.az

İcra başçısı istedadlı şagirdlərlə görüşüb - FOTO

İcra başçısı istedadlı şagirdlərlə görüşüb - FOTO

18 Noyabr 2024, 13:08

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov xüsusi istedadı ilə fərqlənən bir qrup  şagirdlər, onların müəllimləri və valideynləri ilə görüşüb.

Modern.az xəbər verir ki, rayon rəhbəri istedadı ilə seçilən şagirdlərin maraq göstərdikləri, həmçinin nailiyyət əldə etdikləri fəaliyyət sahələri barədə söhbət açdı, onların qarşısında duran problemlərlə maraqlanıb. Şagirdlər, “Zəfər” yaradıcılıq festivalında “Xarı bülbül” rəsm əsəri ilə uğurlu təqdimatına görə fərqlənmiş, Uşaq Gənclər İnkişaf mərkəzinin Rəsm dərnəyinin üzvü Həşimli Lalə Azər qızı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə seçim müsabiqəsində müstəqil özünü ifadə etmə bacarığı, ictimai fəallığı, liderlik keyfiyyəti və idarəetmə mədəniyyəti ilə fərqlənərək VI Ümumrespublika Forumunda iştirak etmək üçün dəvət olunmuş Şirinova Aysu Hünər qızı və Xanlarov Mirismayıl Hidayət  oğlu göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildiriblər.

Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şagirdlərə səmimi arzularını bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi