Modern.az

Anar Niftəliyev: “Dil Qurumuna vaxt ayıra bilmirəm”

Anar Niftəliyev: “Dil Qurumuna vaxt ayıra bilmirəm”

Təhsil

25 Dekabr 2013, 14:53


“Dil Qurumu fəaliyyətini dayandırmayıb. Sadəcə, başım bir az qarışıqdır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dil Qurumu İctimai Birliyinin icraçı direktoru Anar Niftəliyev deyib.

Qeyd edək ki, Azərbaycan Dil Qurumu İctimai Birliyi ədəbi dil normalarının gözlənilməsi ilə bağlı nöqsanlarla bağlı müntəzəm monitorinqlər keçirirdi. Son zamanlar birliyin fəaliyyəti gözə dəymir, uzun müddətdir ki, qurum keçirtdiyi monitorinqlərin nəticələrini açıqlamır.

A. Niftəliyev qurumun gələn ildən yenidən aktiv fəaliyyət göstərəcəyini bildirib: “Həm şəxsi müstəvidə, həm də iş müstəvisində problemlər yaşadım. Həm də sayt qurdum, işləri sahmana saldım. Ona görə də vaxt çatdıra bilmədim. İnşallah, 2014-cü ilin birinci rübündən birliyin fəaliyyətini aktivləşdirəcəyik”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!