Modern.az

BDU və AMEA arasında memorandum imzalanıb

BDU və AMEA arasında memorandum imzalanıb

Təhsil

25 Dekabr 2013, 15:16

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 65-ci ildönümünə həsr edilmiş "Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri" mövzusunda beynəlxalq elmi - praktik konfrans işə başlayıb. 

Modern.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan rektor Abel Məhərrəmov  qloballaşan dünyada Azərbaycanın özünəməxsus yeri olduğunu bildirib: "Ölkəmiz insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və beynəlxalq təşkilatların üzvüdür. O cümlədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə artıq neçə illərdir magistratura səviyyəsində ingilis dilində tədrisi aparılan "İnsan hüquqları" ixtisaslaşmasında bu sahədə peşəkar kadr hazırlığı həyata keçirilir. Elə bu inkişafın nəticəsidir ki, bu gün həmin fakültə ilə AMEA arasında memorandum imzalanacaq". 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə də Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətdən, bu sahəyə olan diqqətdən danışıb. 

Konfransda Rusiyadan professor Revol Mirqalimoviç Valayev, Ukraynadan professorlar Vladimir Naumoviç Denisov, Leonid Dmitriyeviç Timçenko, professor Arif Quliyev,  Polşadan professor Aleksandr Aleksandroviç Merejko, Türkiyədən professor Hüseyn Altac iştirak ediblər. 

Sonra konfrans işini bölmələrdə davam etdirib. 

Daha sonra BDU və AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında yeni təsis ediləcək 'İnformasiya hüququ" sahəsində magistratura təhsil pilləsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu akademik A. Məhərrəmov və AMEA-nın prezidenti A. Əlizadə imzalayıb.

 

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!