Modern.az

İqtidar müxalifətə, müxalifət isə iqtidara qiymət verdi - 2013-ü kim necə başa vurur?

İqtidar müxalifətə, müxalifət isə iqtidara qiymət verdi - 2013-ü kim necə başa vurur?

Təhsil

25 Dekabr 2013, 15:18

2013-cü il müxalifət düşərgəsinin səssizliyinin pozulmasında önəmli il sayıla bilər. Bu vaxta qədər bir araya gələ bilməyən müxalifət qüvvələri Milli Şurada toplanaraq bir çox məsələdə, xüsusilə hakimiyyətin dəyişilməsi tələbində vahid mövqe nümayiş etdirdilər.

“İlan ili”ndə Azərbaycan iqtidarı da müəyyən uğurlara imza atdı. Ancaq müxalifət cəbhəsi və Azərbaycan cəmiyyəti üçün vacib olan bir çox problem öz həllini tapmadı. “İlan ili”ndə yaddaqalan hadisələr yaşansa da, nəticə etibarilə sosial və digər problemlərin  artdığı tendensiyasını da müşahidə etdik. Eyni zamanda müxalifət qüvvələrinin bir araya gəldiyi Milli Şurada da qalmaqallar səngimədi.

Modern.az hakimiyyətin və müxalifətin 2013-cü ildəki siyasi xarakterizəsi üçün YAP və ADP-dən mövqe öyrənib. ADP iqtidarın, YAP isə müxalifətin 2013-cü il üçün  fəaliyyətini şərh edib. 

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov həmişəki kimi müxalifətin 2013-cü il fəaliyyətini tənqid edib. “Onların ümumiyyətlə heç bir zaman fəaliyyəti olmayıb. 2013-cü ildə həmin hal müşahidə olundu. Müxalifət ancaq qəzet səhifəsi üzərində və ya saytlarda fəaliyyət göstərir. Builki prezident seçkisində müxalifətin guya, bir araya gəldiyi Milli Şura biabırçı şəkildə uduzdu. Nəticə isə ondan ibarətdir ki, xalq iqtidar və prezidentlə bir yerdədir. Xalqın  müxalifətə heç bir inamı, etibarı qalmayıb və buna ehtiyacı da yoxdur”, – deyə YAP rəsmisi bildirib.
S.Novruzovun dediklərindən belə çıxır ki, o, iqtidar müxalifətin 2013-cü ildəki fəaliyyətinə “2” qiyməti verir.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, bu il hakimiyyətin elə bir müsbət addımı olmayıb. “Bu il seçkilərin beynəlxalq standartlara uyğun keçirilməməsi də bura aid etmək olar”. Partiya rəhbəri nəzəri cəhətdən müsbət sayıla biləcək addımlardan söz açıb. “Müsbət hadisə kimi Azərbaycanın Gömrük İttifaqına qoşulmamasını göstərə bilərəm. “Şahdəniz 2” yatağı ilə bağlı imzalanan müqaviləni də bura aid edə bilərəm. Ancaq bütün bunlar da nəzəri olaraq müsbət qiymətləndirilə bilər. Çünki imzalanan sazişlər bəzən nəzərdə tutulan xeyirləri xalqa vermir. Amma insan hüquq və azadlıqlarının pisləşməsi, həyat səviyyəsinin aşağı düşməsi, qiymətlərin bahalaşması, cərimələrin qaldırılması mənfi sayıla bilər. Dövlətin beynəlxalq nüfuzu da aşağı düşdü”, – deyə S. Cəlaloğlu qeyd edib.
Sərdar Cəlaloğlunun fikirləri müxalifət təmsilçisinin iqtidara “3”verdiyini deməyə əsas verir.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!