Modern.az

Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB

İqtisadiyyat

19 Noyabr 2024, 09:38

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 dollardan çox artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,4 % artaraq 75,18 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu