Modern.az

Kəbirə Məmmədova “Binə”də mağazaları yanmış sahibkarlarla razılığa gəlib

Kəbirə Məmmədova “Binə”də mağazaları yanmış sahibkarlarla razılığa gəlib

25 Dekabr 2013, 15:41


Dünən Binə ticarət mərkəzində baş verən yanğın  hadisəsindən sonra Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşüb. Ticarət Mərkəzində çalışan sahibkarlardan birinin Modern.az-a verdiyi məlumat görə, Kəbirə Məmmədova artıq maddi ziyan çəkmiş sahibkarlarla ümumi razılığa gəlib. O bildirib ki, yanan obyektlər hər iki tərəfin köməkliyi ilə 15 gün ərzində təmir ediləcək. Üstəlik yaxın 7 ayda icarə pulu alınmayacaq. Sahibkarlar K. Məmmədovanın bu təklifi ilə razılaşıblar.

Artıq ərazidə təmizləmə işləri gedir. Yanğın nəticəsində ticarət mərkəzində fövqəladə hadisənin nəticələri aradan qaldırılır.

Qeyd edək ki, ötən gün Binə Ticarət Mərkəzində güclü yanğında 45 mağaza yanaraq kül olub.

 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi