Türk aktyoru Tolqa Karelin azərbaycanlı xanımı Günay Musayeva da hazırda həbsdə olan Rza Zərrabın əleyhinə danışdı. Moderrn.az-ın məlumatına görə, o, “Söylemezsem Olmaz” proqramında rüşvət və korrupsiya ittihamlanan iranlı milyarder haqda şok açıqlamalar verib. R.Zərrabın keçmiş sevgilisi Günel ilə yaxın rəfiqə olduğu bildirən G.Musayeva deyib: “Rza bakılı deyil. Əslində səfirlik açıqlama verib. Günelə Rza Zərrab tərəfindən böyük bir haqsızlıq edildi. Rza Əbru Gündəş, İbrahim Tatlısəs kimi adamların sayəsində Günellə tanış oldu. Günel ondan heç bir şey almadı. 8 ilini ona verdi. Ebru Gündeş üçün malikanələr aldığı halda Rza Günelə kaş bir çəçik alaydı!”.