ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal xidməti olan “Medicare” və “Medicaid”in direktor vəzifəsinə həkim Mehmet Özün namizədəliyini irəli sürüb.
Modern.az xəbər verir ki, Tramp bu haqda “Truth” sosial media platformasında məlumat verib.
Tramp ABŞ-da ciddi bir sağlamlıq vəziyyətini idarə etmək və bu problemlərlə məşğul olmaq üçün Özün quruma rəhbərlik etmək istəyidini bildirib.