Modern.az

Ukraynanın neçə təhlükəli raketi var?

Ukraynanın neçə təhlükəli raketi var?

Dünya

20 Noyabr 2024, 10:20

Ukrayna silahlı qüvvələrində hazırda Amerika istehsalı olan təxminən 50 ATACMS raketi var.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna silahlı qüvvələri ATACMS-i işə salmaq üçün kifayət qədər sayda HIMARS və MLRS M270 çoxsaylı buraxılış raket sistemlərinə malikdir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərini ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi