Modern.az

Nazir maaş və pensiyaların artımından DANIŞDI

Nazir maaş və pensiyaların artımından DANIŞDI

20 Noyabr 2024, 11:30

"2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı