Modern.az

Parlamentin daha bir əməkdaşı hakim TƏYİN EDİLDİ

Parlamentin daha bir əməkdaşı hakim TƏYİN EDİLDİ

20 Noyabr 2024, 15:44

Ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilən Leyla Şövkətli-Mənsimli Milli Məclisin əməkdaşıdır.

O, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ekspertidir.

Leyla Şövkətli-Mənsimli bir müddət əvvəl test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək hakimliyə namizəd olub.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilən Bəhruz Müslümov da Milli Məclisin əməkdaşıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər