Modern.az

31 Dekabrla bağlı dindarların MÜBAHİSƏSİ

31 Dekabrla bağlı dindarların MÜBAHİSƏSİ

Ölkə

26 Dekabr 2013, 10:53


“Bu il dekabrın 31-i hicri təqvimlə səfər ayının 28-ə təsadüf edir. Səfər ayının 28-də Peyğəmbərin (s.ə.s) və İmam Həsənin (ə) vəfatı günüdür. Bu səbəbdən də dindar icma adətən bu təqvimi matəmlə qeyd edir”. Bunu Modern.az saytına açıqlamasında dini yazar Kənan Rövşənoğlu bildirib.

“İmam Hüseynin (ə.) Kərbəla faciəsindən fərqli olaraq səfər ayının 28-i geniş matəm mərasimləri kimi qeyd olunmur. Yalnız dindarlar məscidlərdə şəhadət gününü qeyd edirlər. Dekabrın 31-i təqvim dəyişikliyi, miladi təqvimlə ilin son günüdür. Ümumiyyətlə, bu mövzuda dindarların fərqli baxışları var. Bir qisim qeyd edir, başqa qisim etmir. Amma dekabrın 31-i qadağan olunmayıb. Müsəlmanlar bir qayda olaraq İslamda gələn bayramları qeyd edirlər. Amma dinin qaydalarına əsasən, əsas hökmlərlə ziddiyyət təşkil etməyən bayram və ya adətlərə qadağa da qoyulmur”.

Qeyd edək ki, bir sıra dini icmalar səfər ayının 28-i (dekabrın 31-i) ilə əlaqədar  telekanallarda şou və musiqi verilişlərinin yasaq edilməsi təklifini irəli sürüb.

“31 dekabr həzrəti Peyğəmbərin (s.) vəfatı gününə təsadüf edir. Bu zaman peyğəmbərin ehtiramını gözləmək lazımdır”. Bunu Modern.az-a Qafqaz Ruhanilər İdarəsi fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib.

“Yeni il məsələsinə gəldikdə isə, o, İsa Məsihin doğum günüdür. Burda bir məsələ var. Bir peğəmbərin doğum günüdür, digərinin vəfatı günü. Həzrət Rəsulullahın vəfatı münasibətilə kədərlənməliyik, İsa peyğəmbərin doğumuna sevinməliyik. Yeni il uşaqlar üçün bayramdır. Onları sevincdən məhrum etməməliyik”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi