Modern.az

Politoloq: “Yeni təyinatlar da Ərdoğan iqtidarını iflasdan qurtara bilməyəcək”

Politoloq: “Yeni təyinatlar da  Ərdoğan iqtidarını iflasdan qurtara bilməyəcək”

26 Dekabr 2013, 11:08

“Hesab edirəm ki, Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətinin geriyə dönüşü başlanılıb”. Bunu Modern.az saytına politoloq Qabil Hüseynli deyib. O, Türkiyədə nazirlərin istefasına və  hökumətin yeni  tərkibinin formalaşdırılmasını şərh edərkən bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın da hakimiyyətdən getməsi gündəmdədir.
Onun sözlərinə görə, yeni təyinatlar da  Ərdoğan iqtidarını iflasdan qurtara bilməyəcək. “Rüşvət və korrupsiya əməliyyatlarının yeni-yeni məqamları üzə çıxır. Xalqın etirazları da səngimək bilmir. Türkiyə hazırda ciddi problemlərlə üz-üzədir”, - deyə Q. Hüseynli qeyd edib.

Politoloq bildirib ki, bütün bu proseslər hakim partiyanın sonunu yaxınlaşdırır. Onun qənaətincə, Ərdoğan hökuməti ölkədə keçirilən prezident seçkisinə qədər hakimiyyətdən gedə bilər: “Prezident seçkilərində iştirak etsə belə, AKP-nin parlament seçkilərində sarsıdıcı məğlubiyyəti gözlənilir. Bir sözlə, Türkiyədə Ərdoğan erasının sona çatmaq üzrə olduğunu söyləmək mümkündür”.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!